Bakıda yol polisi maşını avtobusla toqquşdu, 9 nəfər yaralandı

Bakıda yol polisi maşını sərnişin avtobusu ilə toqquşub.
 
Milli.az xəbər veri ki, Nəsimi rayonu Vaqif və C.Hacıbəyli küçələrinin kəsişməsində 28 yaşlı, Yol Patrul Xidmətinin əməkdaşı Rüfət Ağayevin idarə etdiyi BMW markalı maşın Mərahim Şahbazovun idarə etdiyi 17 saylı sərnişin daşıyan avtobusla toqquşub.
 
Qəza zamanı polis kiçik serjantı R.Ağayev ağır xəsarətlə DİN-in hospitalına yerləşdirilib. Avtobusun sürücüsü M.Şahbazov, sərnişinlər - 57 yaşlı Zərifə Yahyayeva, 50 yaşlı Aybəniz Bəkirova, 28 yaşlı İlahə İdrisova, 47 yaşlı Elmina Sarıyeva, 49 yaşlı Novruz Məmmədov, 24 yaşlı Mövlan Səlimzadə, 22 yaşlı Orxan Ağazadə xəsarət alıblar.
 
Araşdırma aparılır. /
 

Google+ WhatsApp ok.ru