Bakıda yol polisini belə “sürüdülər” – REAL GÖRÜNTÜLƏR

Bakıda yol polisini avtomobili ilə vurub bir neçə metr sürüyən sürücünün yeni görüntüsü yayılıb.
 
Hadisə başqa bir avtomobildə quraşdırılan kamera ilə anbaan lentə alınıb, görüntülər isə Hollywood filmlərini xatırladır.
 
Qeyd edək ki, saxlanılan şəxsin öz ifadəsində bildirdiyinə görə, polis ona yumruq atıb və o, qorxub. Əlavə olaraq avtomobili idarə edən sürücü bildirib ki, onun məqsədi qaçmaq olub, polisi vurmaq yox.
 
Xatırladaq ki, hadisə Rəşid Behbudov küçəsində baş verib. Saxlanılan şəxs “Lada Priora” markalı maşınla adı açıqlanmayan polis əməkdaşını vuraraq hadisə yerindən qaçıb.

Google+ WhatsApp ok.ru