Bakıda yumurta qəhətə çəkilib, həm də bahalaşıb

Bakıda yumurta qəhətə çəkilib, həm də bahalaşıb

Saf yumurta 18-20 qəpiyə satılır. Bəziləri isə yumurtanın qonşu ölkələrdə pulun dəyərinin düşməsi ilə İran və Türkiyəyə ixrac edildiyini bildirir

Artıq iki həftədir paytaxtın böyük marketlər şəbəkələri daxil olmaqla dükan və bazarlarında broyler yumurtası tapmaq olmur. Maide.az xəbər verir ki, bu barədə Foodinfo.az-a oxuculardan müraciətlər daxil olub.

Qeyd edilir ki, kiçik dükanlarda ümumiyyətlə yumurta olmur. Satıcılar deyir ki, hər zaman yumurta aldıqları ekspeditorlar bunu toyuqların kütləvi şəkildə ölməsi ilə əlaqələndirir.

Şirniyyat sexləri də yumurta sarıdan çətinlik çəkdiklərini deyirlər.

Saf yumurta 18-20 qəpiyə satılır. Bəziləri isə yumurtanın qonşu ölkələrdə pulun dəyərinin düşməsi ilə İran və Türkiyəyə ixrac edildiyini bildirir.

Məsələ ilə bağlı rəsmi qurumlar isə susur.

Qeyd edək ki, ölkədə yumurta istehsalı ilə məşğul olan bir neçə iri şirkət var.

Google+ WhatsApp ok.ru