Bakıda zavodda dəhşət: Usta dəzgaha ilişib öldü 22 May 2020 10:26 Hadisə Bakıda usta faciəli şəkildə ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb. Teqlər : #bakı,#zavod,#suraxanı,#qəza , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan və Banqladeşdə 20-dən çox adam siklon qurbanı olub Yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb