Bakıda zavoddan silah-sursat tapıldı 08 Avqust 2014 01:00 Ölkə Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sürsatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib. “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib. Ümumiyyətlə, “Təmiz Şəhər” ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. Bu baxışlar zamanı həmçinin, hərbi silah və sürsatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir. Teqlər : #Bakıda zavoddan silahsursat tapıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Neftçi` qələbə qazandı (VİDEO) Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları bir daha Rusiya prezidentinə müraciət ediblər