Bakıda zovodda PARTLAYIŞ: 5 yaralı, cinayət işi  açılıb - YENİLƏNİB

Bakıda zovodda PARTLAYIŞ: 5 yaralı, cinayət işi açılıb - YENİLƏNİB

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, ötən gün axşam “Baku Steel Company” MMC-in partlayış baş verib. Nəticədə zavodun işçiləri - 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət alıb.
 
Yaralılar xəstəxanaya yerləşdiriliblər. (APA)
 
 
***
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.
“Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.
 
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
 
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru