Bakı metropoliteni fəaliyyətini bərpa edib - YENİLƏNİB

Bakı metropoliteni fəaliyyətini bərpa edib - YENİLƏNİB

-- Əgər elektrik enerjisinin tam təminatı mümkün olsa

"Bakı metropoliteni bu gün fəaliyyətini bərpa edib".
 
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, saat 13:10-dan etibarən "Bakı Metropoliteni" fəaliyyətini bərpa edib.
 
***
13:01
 
Hazırda “Bakı Metropoliteni”ndə qatarlar sınaq rejimində işləyir. Lakin qatarların hərəkəti üçün elektrik enerjisinin təminatında dayanıqlılıq yoxdur.
 
Maide.Az bildirir ki, Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, metronun sərnişinlərə tam xidmət göstərməsi üçün dayanıqlı elektrik təminatı olmalıdır: “Əgər elektrik enerjisinin tam təminatı mümkün olsa, metro fəaliyyətə başlayacaq. Hazırda isə əsas məqsəd sərnişinlərin təhlükəsizliyidir. Yenidən eyni halın təkrarlanması və sərnişinlərin tuneldə qalmaması üçün hələ ki, Metropolitenin fəaliyyəti məhdudlaşdırılıb. Sərnişinlər hazırkı durumda yerüstü nəqliyyat vasitələrinin imkanlarından yararlana bilər”.
 
B.Məmmədov bildirib ki, ötən gün 18:47-dən başlanan təxliyə prosesi təlimata uyğun aparılıb.
 
“Sərnişinlər tuneldən çıxarılandan sonra yollar təkrar yoxlanılıb. Xətlərdəki vəziyyət, eləcə də sərnişinlərin əşyalarının tuneldə qalma ehtimalı nəzərə alınaraq baxış keçirilib”.
 

Google+ WhatsApp ok.ru