Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.
 
Axar.az xəbər verir ki, bunu Azercell Telekom şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən çirkətin prezidenti Vahid Mürsəliyev deyib. O bildirib ki, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək:
 
"Hazırda LTE şəbəkəsi "Elmlər Akademiyası" stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq".
 

Google+ WhatsApp ok.ru