Bakı metrosu dezinfeksiya ediləcək

Bakı metrosu dezinfeksiya ediləcək

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.
 
Bunu Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".
 
B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.
 

Google+ WhatsApp ok.ru