Bakı metrosunda kondisioner olacaq

Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinləri yeniliklər gözləyir. Maide.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Lent.az- bildirib ki, yeni metrostansiyalar üçün alınacaq qatarlarda havalandırma sistemi olacaq.
 
Metropoliten sözçüsü qeyd edib ki, Bakının metrostansiyalarında hazırkı qatarlarda kondisonerlərin quraşdırılması qeyri-mümkündür: “Tunellerdə havalandırma sistemi mövcuddur. Amma hazırda istifadə edilən qatarlarda isə istehsalçı zavod tərəfindən kondisonerlər quraşdırılmayıb”.
 
N. Paşayev vurğulayıb ki, metropoliten gələcəkdə vaqon parkı yenilənəcək: “Bundan sonra isə ölkəmizə yeni vaqon qatarlar gətiriləcək. Həmin vaqonlarda kondisonerlər sistemi də olacaq”.
 
Qeyd edək ki, vətəndaşların metro ilə bağlı daha çox narazılıq etdiyi məsələ qatarlarda havalandırma sisteminin olmamasıdır.

Google+ WhatsApp ok.ru