Bakı Metrosunda problem: sərnişinlər vaqondan düşürüldü

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə yaranıb. Movqe.az-ın hadisə yerində olan əməkdaşı saat 10:25 radələrində metronun Koroğlu stansiyasında qatarın hərəkəti dayandırılması məlumatını yayıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi metronun Koroğlu stansiyasında sıxlıq yaranıb. 7 dəqiqədən sonra növbəti qatar gəlsə də,"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. 
 
Təhlükəsizlik baxımından qatarın hərəkəti Əhmədli stansiyasında dayandırlıb və sərnişinlər vaqondan boşaldılıb.Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib".

Google+ WhatsApp ok.ru