Bakı metrosunda problemlər adi hal alıb

Bu gün səhər saatlarında Bakı metrosunda texniki nasazlıq yaranıb.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, nasazlıq saat 08:33 radələrində “Dərnəgül” - “Həzi Aslanov” xətti ilə hərəkət edən 3 saylı marşrutda baş verib: “Qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb. Həmin qatarın sərnişinləri vaqonlardan düşürülüb, qatar isə depoya göndərilib”.
 
N. Paşayev bildirib ki, iki dəqiqə gecikmə olsa da, ümumi qrafikdə gecikmə olmayıb.

Google+ WhatsApp ok.ru