Bakı metrosunda qatarda problem yaranıb

Bakı metrosunda qatarda problem yaranıb

Bakı metrosunda qatarda problem yaranıb.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
 
O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda baş verib:
 
"İnşaatçılar" stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb".
 

Google+ WhatsApp ok.ru