Bakı metrosunda qatarda texniki problem yaranıb

Bakı metrosunda qatarda texniki problem yaranıb

Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.
 
Bununla bağlı xəbəri “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
 
Onun sözlərinə görə, hadisə “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb. 
 

Google+ WhatsApp ok.ru