Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib 27 Aprel 2017 01:00 Ölkə "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" - "Dərnəgül" stansiyaları arasında hərəkət edən qatarlarda gecikmə olub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, gecikməyə səbəb qatarlardan birində baş verən nasazlıqdır: "Bu gün saat 09:15 radələrində "Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən 24 saylı qatarda nasaz olduğundan ümumi xətdə gecikmə baş verib. Nasazlıq səbəbindən qatar dayanmaq məcburiyyətində qalıb. Qatarı hərəkətə gətirmək üçün müəyyən gecikmə yarandı. Qatar artıq xətdən çıxarılıb. Hal-hazırda ümumi xətdə gecikmə olmasına baxmayaraq, bütün qatarların hərəkəti bərpa olunub. Gecikmənin tam olaraq aradan qaldırılması üçün müvafiq işlər görülür. Böyük ehtimalla, 1 saat ərzində gecikmə tam aradan qaldırılacaq". (apa) / Teqlər : #Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu küçələrdə rəngləmə işləri aparılacaq Şəhər və rayondaxili avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək