Bakı metrosunda qatarların hərəkətində yaranan gecikmənin səbəbi məlum olub

Bakı metrosunda qatarların hərəkətində yaranan gecikmənin səbəbi məlum olub

Bu gün səhər saatlarında Bakı metropoliteni qatarlarının hərəkətində gecikmə yaranıb.
 
Maide.Az xəbər verir ki, metronun "Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Nəsimi" stansiyasına 8:26 dəqiqədən sonra gəlib.
 
Nəticədə stansiyalarda xeyli sayda insan toplaşıb.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “Report”a açıqlamasında deyib ki, səhər saatlarında qatarların depodan xəttə qəbul edilməsində problem yaranıb və gecikmə də bununla bağlıdır: “Yəni, xəttə kifayət qədər qatar qəbul edə bilmirdik. Saat 7-dən sonra qatarların hərəkəti tam bərpa edilsə də, sərnişin sıxlığı vardı. Artıq qatarlararası interval tam bərpa edilib. Bir neçə stansiyada sıxlıq müşahidə olunur. Yaxın yarım saat ərzində hər şey tam qaydasına düşəcək”. (report)

Google+ WhatsApp ok.ru