Bakı metrosunda tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib - FOTO/VİDEO

Bakı metrosunda tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb. 
 
Maide.Az nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin "28 May" stansiyasından "Gənclik" stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb. 
 

Məsələ ilə bağlı musavat.com-a məlumat verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tuneldə tüstüləmə olsa da qatarların hərəkətində problem yoxdur:

"Tüstünün baş vermə səbəbi araşdırılır. Hər ehtimala qarşı yanğın söndürən maşın da çağırmışıq. Lakin qeyd etdiyim kimi hərəkətdə problem yaranmayıb və yanğın yoxdur. Ola bilər ki, hansısa kabeldə problem yaranıb".

 

Onu da qeyd edək ki, tüstü səbəbindən bəzi sərnişinlər özlərini pis hiss edib. Hazırda onlara tibbi yardım göstərilir. Bəzi sərnişinlər isə təcili olaraq xəstəxanaya çatdırılıb.

 
Qeyd edək ki, Bakı metrosunda hadisə ilə bağlı qatarların hərəkətində problem yaranıb, sərnişinlər təxliyə edilib.  
 
 
 
 

Kod yaddaşa göt

Google+ WhatsApp ok.ru