Bakı metrosunda yaranmış problemin KONKRET səbəbi

Bakı metrosunda yaranmış problemin KONKRET səbəbi

-- Problemin artmaması üçün `Əhmədli` və `Neftçilər` stansiyalarından qatarları digər xətlərlə geri göndərilib

Səhər saatlarında metroda yaranmış problemin səbəbi məlum olub.
 
Maide.Az bildirir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, saat 08:04-də metronun "Həzi Aslanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb:
 
"Problem qatarın 4-cü vaqonunun mühərrikində yaranmışdı. Ona görə də "Həzi Aslanov" stansiyasına qatar qəbul etmək mümkün olmadı. Problemin artmaması üçün "Əhmədli" və "Neftçilər" stansiyalarından qatarları digər xətlərlə geri göndərirdik ki, sərnişinləri aparsınlar. Həmin ərəfədə haradasa 7-8 dəqiqəlik interval yarandı, ancaq 15 dəqiqədən sonra iki dəqiqəlik intervalı yenidən bərpa etdik".
 
N.Paşayev bildirib ki, "Həzi Aslanov" stansiyasında problem qısa müddətdə aradan qaldırılıb:
 
"Saat 08:30-dan sonra qatarları qəbul etmək mümkün oldu və hər şey qaydasına düşdü".

Google+ WhatsApp ok.ru