Bakının əsas küçələrindən biri bağlanır

Bakının əsas küçələrindən biri bağlanır

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Maide.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 8-9 oktyabr tarixlərində axşam saat 11:00-dan səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.
 
Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edilir.
 

Google+ WhatsApp ok.ru