Bakının ən qədim bazarı sökülür: yerində...

Bakının ən qədim bazarı sökülür: yerində...

Paytaxt Bakının "Azadlıq" prospektində yerləşən və paytaxtın ən köhnə bazarlarından olan “Nəsimi bazarı”nın söküləcəyi haqda xəbərlər dolaşır.
 
Yayılmış xəbəri dəqiqləşdirmək üçün sözügedən ünvana yollandıq. 
 
Maide.Az xəbər verir ki, Faktxeber.com-a danışan satıcılar bildirdilər ki, bazar paytaxt Bakının ən qədim ticarət mərkəzlərindən biridir və 50 ildən çoxdur fəaliyyət göstərir. Ərzaq marketləri açılandan sonra meyvə, tərəvəz, ət və sair ərzaqlar üçün buraya üz tutan alıcıların sayı kəskin azalıb. Hazırda bazarda 50-100 arası ticarətçi işləyir. 
 
Bazarın sökülməsi sualına münasibət bildirən satıcılar isə bu barədə hər hansı məlumata malik olmadıqlarını bildirdilər. Sualın cavabını bazarın daxilində yerləşən mühasibatlıqdan ala biləcəyimizi dedilər. Mühasibatlıqda özünü bazarın komendantı kimi təqdim edən Elxan adlı şəxs ticarət mərkəzinin söküləcəyi təqdirdə, bu barədə işçilərə üç ay öncədən xəbər verməli olduqlarını bildirdi: “Gördüyünüz kimi, satıcılar mallarını müştərilə təqdim edir, bazar gündəlik fəaliyyət göstərir.” 
 
Əlavə olaraq onu da öyrənə bildik ki, “Nəsimi bazar”ı şəxsi mülkiyyətdir. Bazarın gündəlik fəaliyyətinə Vaqif adlı şəxs nəzarət edir. Vaqif müəllimlə görüşmək üçün göstərdiyimiz səylər isə nəticəsiz qaldı.
 
Məsələni dəqiqləşdirmək üçün üz tutduğumuz növbəti ünvan “Nəsimi bazar”ının sökülməsində adı hallandırılan “OLYMPUS park” şirkətinin yaxınlıqda yerləşən ofisi oldu. 
 
Özünü “OLYPUS park” Nəsimi layihəsinin menejeri kimi təqdim edən Elnur adlı şəxs “Nəsimi bazar”ının söküləməsini xəbərinin doğru olduğunu bildirdi. Menecer ünvan sahibi ilə layihənin ayrı-ayrı bəndlərinin razılışdırılması prosesində olduqlarını qeyd etdi: “Nəsimi rayonu “Azadlıq” prospektində 4 bloklu, pilot layihə çərçivəsində köhnə, istifadəyə yararsız mülklərin yeni müasir tikililərlə əvəz olunması layihəsinə başlamışıq. Şirkətimiz 2 il ərzində tikintini icra edib bitirməlidir. Sakinlər yeni, daha geniş mənzillərlə təmin olunacaqlar. “Nəsimi bazarı” yerləşən ünvanda isə müasir ticarət və əyləncə mərkəzi – MALL tikiləcək”.
 

 

Google+ WhatsApp ok.ru