Bakının ‘kirayə mənzil qıtlığı’ ajiotajı

Bakının ‘kirayə mənzil qıtlığı’ ajiotajı

"Yeni Müsavat" qəzetində  "Bakıda kirayə ev böhranı yaşanır: Mənzil bazarından reportaj" sərlövhəli məqalə diqqəti cəlb edir .
 
Müəllif deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən paytaxt Bakıda pilot layihə çərçivəsində köhnə və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi yeni bir kütlənin kirayə mənzil bazarına axınına səbəb olub: "Nəticədə son aylarda Bakıda kirayə mənzillərin qiymətinin hiss olunacaq dərəcədə bahalaşıb, mənzil tapmaq isə problemə dönüb.
 
Yazı müəllifi vurğulyır ki, pilot layihə qaydalarına əsasən sökülən binaların sakinləri yeni bina hazır olana qədər tikintini aparan şirkətin hesabına kirayə mənzillərə köçürülür, yeni binada mənzillər tam təmir olunduqdan sonra həmin sakinlərə təhvil verilir. "Bu proses əsasən şəhərin mərkəzində, metro stansiyalarının yaxınlığında, magistral yollara və infrastruktura yaxın ərazilərdə yerləşən mənzillərin bahalaşmasına səbəb olub"-deyə müəllif pytaxtda "kirayə mənzil problemi" yaşanmasının səbəbinə aydınlıq gətirir .
 
Müəllif deyir ki, kirayə mənzil bazarında son durumu öyrənmək üçün Nizami rayonu ərazisindəki "maklerlər bağı"na və alqı-satqı ofislərinə baş çəkib.
 
Yazı müəllifinin deməsinə görə, maklerlər də etiraf edirlər ki, son zamanlar kirayə mənzil axtaranların sayı artıb, amma vətəndaşlar istədiyi şərtlə ev tapmaqda çətinlik çəkirlər: "Metroətrafı ərazilərdə isə boş kirayə ev demək olar ki, yoxdur.
 
Son üç ayda hər gün toplaşdığımız "maklerlər bağı" müştərilərlə doludur.
 
Onların əksəriyyəti metro ətraflarında, mərkəzə yaxın ərazilərdə ev tutmaq istəyir. Ancaq tələbat çox olsa da, kirayə evlər azdır".
 
Məqalə müəllifi deyir ki, maklerlər də bu "kirayə mənzil qıtlığı ajiotajının yaşanmasını rayon ərazisində pilot layihə çərçivəsində aparılan söküntü işləri ilə əlaqələndirir:"Kirayə mənzillərin qıtlığı avtomatik bahalaşmaya səbəb olub. Əvvəlki kimi müştərilərə bir neçə variant təklif edə bilmirik. Bu durum mənzil sahibləri üçün fürsətə dönüb, evləri daha baha qiymətə kirayə verməyə niyyətlənirlər. Təəccüblü olsa da, baha təklif edilən bu evlərə qısa zamanda tələbat yaranır, bahalaşma baş verir. Hazırda 300-400 manat arasında təklif olunan evlərin qiymətində ən azı 50 manat artım olub".
 
Müəllif deyir ki, maklerlər evlərini kirayə vermək istəyənlərin də sayının azaldığını bildirirlər, həm də kirayə evlərə tələbat o qədər artıb ki, artıq mənzil sahibləri özləri rahatlıqla müştəri tapa bilirlər.
 
"Son aylarda kimsə gəlib, evini kirayə vermək üçün ofisə müraciət etməyib.
 
Özləri makler bazarına gedərək, qısa zamanda rahatlıqla müştəri tapırlar".
 
Müəllifin deməsinə görə, Nizami rayonunda birotaqlı əşyalı evin qiyməti 250-300 manat, ikiotaqlı əşyalı evin qiyməti 350-400 manat, üçotaqlıların qiyməti isə 450-600 manat arasında dəyişir, boş evlə əşyalı evin arasında 100-150 manat qiymət fərqi var.
 

Google+ WhatsApp ok.ru