Bakının bəzi ərazilərində su kəsildi - QƏZA OLUB

Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılıb.
 
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül  yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru