Bakının bəzi marketlərində çörəyin iki dəfə bahalaşdığı bildirilir

Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.
 
Bu barədə ANS-ə alıcılar xəbər verib.
 
Onların sözlərinə görə, Bakının Suraxanı və Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.
 
Alıcıların sözlərinə görə, satıcılar bunu manatın dollara nisbətdə ucuzlaşması ilə izah edirlər.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən isə Bakıda çörəyin qiymətində artım qeydə alınmadığı bildirilib.

Google+ WhatsApp ok.ru