Bakının bəzi yerlərində yenidən postlar quruldu

Bakının bəzi yerlərində yenidən postlar quruldu

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.
 
Maide.Az "modern.az"a istinadla xəbər verir ki, ssəhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib.
 
Postlardan dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.
 
Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarət şənbə və bazar günləri də olacağı bildirilir.

Google+ WhatsApp ok.ru