Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb

Bu gün saat 09:00 radələrindən paytaxtın Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə qədər nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.
 
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.
 
Onun sözlərinə görə, nəticədə Qara Qarayev - Koroğlu - 28 May və Qara Qarayev - 20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb.
 

Google+ WhatsApp ok.ru