Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq

Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq

Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən iki ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib.

 ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb.

Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq iyulun 1-2-də Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. (report)

Google+ WhatsApp ok.ru