Bakının bağlanmış əsas yollarından biri açıldı

Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsinə istiqamətində yol təmir işləri ilə bağlı bağlanan yol bu gün səhər saatlarından açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
P.Mürsəliyev deyib ki, bu gün səhər saat 7:00-da həmin küçədə işlər başa catıb və avtomobillərin hərəkatı yenidən təmin olunub.
 
Təmir işlərinə 100-dən yıxarı işçi 60 texnika cəlb olunub.
 
Qeyd edək ki, həmin yol təmir işləri ilə bağlı üç günlük bağlanmışdır./

Google+ WhatsApp ok.ru