Bakının baş meydanında hərbi parad başlayıb 26 İyun 2018 01:00 Hərb Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb. Maide.Az bildirir ki, APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradda müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib. Mərasim dövlət himninin oxunması ilə başlanıb. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək. Teqlər : #Bakının baş meydanında hərbi parad başlayıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Silahlı Qüvvələri – 100 İL Azərbaycan Ordusunda genişmiqyaslı təlimlər keçirəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'