Bakının bir hissəsində təhlükə: qrunt suları qalxır-VİDEO

Bakının bir hissəsində təhlükə: qrunt suları qalxır-VİDEO

Bu ay Bakının bir neçə ərazisində qrunt sularının səviyyəsi artıb. Suyun səviyyəsinin ən çox qalxdığı ərazilər Sabunçu rayonu Maştağa, Zabrat qəsəbələri və Şuşa şəhərciyi ərazisidir.
 
Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşı Rasim Həsənov deyir ki, payız qış aylarında suyun səviyyəsi daha da qalxa bilər. Bu da bəzi evlərin su altında qalmasına səbəb olacaq.
 
Geoloqun sözlərinə görə, drenaj sistemi çəkilsə qrunt suları ərazidən axıdıla bilər.
 

Google+ WhatsApp ok.ru