Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti bir neçə saatlıq məhdudlaşdırılır

Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında qismən nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılır.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Maide.az-a verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən saat 11:00-dan axşam saat 17:00-dək tətbiq edilir.
 
Tərtib olunmuş qrafikə əsasən, Biləcəri qəsəbəsinin Natəvan, Ordubadi, Ə. Qasımov və Y. Hüseynov küçələrində saat 11:30-da, Böyükşor yol qovşağında  yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 12:00-da başlanılacaq.
 
Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru