Bakının bu küçələrində hərəkət məhdudlaşdırılıb

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılıb

Nəsimi rayonu A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar adı keçən ərazidə nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolaqda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyi həmin istiqamətdə hərəkət edərkən mövcud vəziyyəti nəzərə almağı xahiş edir.

Google+ WhatsApp ok.ru