Bakının bu rayonlarında su olmayacaq

Bakının bu rayonlarında su olmayacaq

Paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
 
Bununla əlaqədar, oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 

Google+ WhatsApp ok.ru