Bakının girişində avtomobillərin hərəkəti dəyişdirilir - VİDEO

Bakının girişində avtomobillərin hərəkəti dəyişdirilir - VİDEO

Bakı-Sumqayıt yolundan "Şamaxinka" adlanan əraziyə girişdə nəqliyyat vasitələrinin hərəkəti dəyişdirilir. Moskva prospektinin sağ zolağı "Baki dairəvi-1" yolundan gələn avtomobillər üçün ayrılıb. Həmin zolağı digər iki zolaqdan ayırmaq üçün də yola beton maneələr düzülüb. Həmçinin yol 3-4 metr genişləndiriləcək.
 
Xezerxeber.az məlumat verir ki, yola beton maneələr düzülüb, sürücülərin sola zolağa keşməsinə icazə verilmir.
 
Görüntülər Paytaxtın Nəsimi rayonunda "Şamaxinka" adlanan ərazidəndir. "Azəravtoyol" ASC-dən bildirilib ki, günün pik saatlarında sözügedən əraziyə nəqliyyat vasitələrinin həm "Bakı dairəvi-1" avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan nəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf "Bakı dairəvi-1" avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola beton maneələr düzülüb.
 
Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədərdir. Bununla da dairəvi yoldan gələn nəqliyyat vasitələri məcburi şəkildə, ancaq tunelin üzərindəki ikinci geri dönmədən istifadə edərək geri qayıda biləcəklər.
 
Ərazidə ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranmış olacaq. Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin "Bakı dairəvi-1" avtomobil yolu ilə kəsişməsindən "2-ci Alatava" küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq.
 

Google+ WhatsApp ok.ru