Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır 21 May 2018 01:00 Ölkə -- Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər və ... Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır. Maide.Az bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır. "Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb. Teqlər : #Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərin statusu Astanada müzakirə ediləcək Sabaha olan hava proqnozu açıqlanıb