Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarınadək Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq.
 
Maide.İnfo xəbər verir ki, "Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
 
Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq.
 
“Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir, - deyə məlumatda vurğulanıb. /

Google+ WhatsApp ok.ru