Bakının mərkəzi yolu bağlandı: Sıxlıq müşahidə olunur

Heydər Əliyev prospekti yan yol təmirə bağlandığı üçün şəhərin bəzi küçələrində sıxlıq yaranıb.
 
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, Heydər Əliyev prospekti, Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın qarşısından “Bağırov körpüsü”nə qədər olan yan yolda təmir-tikinti işləri ilə bağlı yol tam olaraq bağlanıb.
 
Məlumata əsasən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. 
 
Mərkəzdən bildiriblər ki, Heydər Əliyev prospekti yan yol təmirə bağlandığı üçün hazırda Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Arif Heydərov küçəsində və “Nəriman Nərimanov” metrostansiyası ətraf küçələrdə sıxlıq müşahidə olunur.
 
Sürücülərə alternativ yol olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru