Bakının mərkəzində zəncirvari qəza

İşıqforun yaxınlığında 3 avtomobil toqquşub 
 
Bu gün Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Mirəli Qaşqay küçəsində (Nəsimi bazarının yaxınlığı) 10 АА 752 nömrəli "Mercedes E Class", 90 VO 902 nömrəli "Toyota Prado" və , 10 KL 148 qeydiyyat nişanlı "VAZ" markalı 3 avtomobil toqquşub. Nəticədə hər 3 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. "Mercedes"in sürücüsü qəzadan dərhal sonra ərazidən uzaqlaşıb.
 
Qəzaya yolların kəsişdiyi yerdə quraşdırılmış işıqforun işləməməsi səbəb olub.
 
Araşdırma aparılır.

Google+ WhatsApp ok.ru