Bakının mərkəzi yollarında nisbi sıxlıq yaranıb

Bu gün səhər saatlarında Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.
Bunu Maide.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.
Belə ki, hazırda Bakı-Sumqayıt şosesində (paytaxta doğru), Binəqədi şosesində (mərkəzə doğru), Neftçilər prospektində, Niyazi küçəsində, o cümlədən Mikayıl Hüseynov prospektində, Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahı istiqamətində) və Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.

Google+ WhatsApp ok.ru