Bakının `İmam Hüseyn` məscidi işıqsız və qazsız qalıb - VİDEO

Bakının `İmam Hüseyn` məscidi işıqsız və qazsız qalıb - VİDEO

Bakının "Sovetski" adlandırılan ərazisində Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kesişməsində yerləşən "İmam Hüseyn" məscidinin işıq və qazı kəsilib.
 
Məscidə gələn inanclılar bildirir ki,  bu qış məscidin isidilməsində ciddi problemlər yaşanılıb, gecələr isə işıqların yanmaması səbəbimdən məsciddə ibadət etmək mümkünsüz hala gəlib. "İmam Hüseyn" məscidinə mütəmadi ibadətə gələn Beytulla Nəcəfov deyir ki, məscidin soyuq olmasına səbəb verilən qaz limitinin az olmasıdır. Müsahibmizin fikrinə görə verilən sərfiyyat heç iki ay üçün kifayət eləmir. 
 
Mövzü ilə əlaqədar məscidin dini ayinlər üzrə nümayəndəsi məscidin kommunal xərclərindən xəbərsiz olduğunu ,bu barədə danışmaq səlahiyyətinin yalnız  “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axudu Hacı Əbdüllə olduğunu bildirdi. Səhhəti ilə əlaqədar məsciddə olmadığını bildirən Əbdül Əbdülov işıq və qaz borcunun olduğunu təsdiqləyərək dindarları səbrli olmağı çağırdı.

Google+ WhatsApp ok.ru