Bakının Maştağa qəsəbəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb

Bakıda baş verən dəhşətli qəzada yaralananlardan daha ikisi vəfat edib.
 
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gecə Maştağa qəsəbəsində baş verən yol qəzasında xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Musa Məmmədov və Mircəfər Əsgərov bu gün dünyalarını dəyişiblər.

Google+ WhatsApp ok.ru