Bakının qalmaqallı məktəb direktoru işdən çıxarıldı 11 Noyabr 2016 02:00 Hüquq Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib. Bu barədə Trend-ə E.Qafarov özü məlumat verib. E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib. E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib. Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib. / Teqlər : #Bakının qalmaqallı məktəb direktoru işdən çıxarıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu il yol-hərəkəti qaydaları pozuntusuna görə 61,3 milyon manat cərimə tətbiq edilib Bayram Məmmədov: Sussam, ''böyük qardaş'' elə bilər ki, qorxuram