Bakının su problemi

Bakının su problemi

"Novoye Vremya" qəzetində "100 il boyu uzanan problem" sərlövhəli məqalədə Bakının su təchizatından bəhs edilir.
 
Müəllif xatırladır ki, 1917-ci ildə Bakıya Şollar su kəməri çəkilib. Bu kəmər Bakının su problemini tam həll etmədi.
 
Ancaq paytaxtın su təminatını yaxşılaşdırdı.
 
Müəllif yazır ki,indiyə kimi Bakıda su problemi həll edilməmiş qalır: "Bir əsr əvvəl olduğu kimi, Azərbaycan paytaxtında su problemi, hələ də, aktualdır. Bakı ölkənin ən iri şəhəri olsa da, yarımsəhra bölgədə inkişaf edib, su mənbələri ancaq bir sıra müasir qəsəbələri təmin etməyə yetərlidir".
 
Müəllifin qeyd edir ki, 2001-2014-cü illərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, istifadəyə verilib. Ancaq yenə də problem tam həll edilməyib: "2011-2014-cü illərdə ölkənin su infrastrukturuna 2.7 milyard manat xərclənib. Burada problem təkcə "Azərsu" ASC-nin borcları ilə bağlı deyil. İnfrastrukturun özü tam səmərəli olmadı".
 
Məqalədə deyilir ki, Azərbaycanda əhaliyə verilən suyun 50 faizdən çoxu itkiyə gedir. Bakının kanalizasiya sistemi 2.5 milyon nəfərə hesablanıb, ancaq reallıqda paytaxtda 5 milyona yaxın əhali yaşayır.
 
Müəllif vurğulayır ki, indiki halda suyun qiymətinin artırılması da əlverişli deyil. Çünki bu, sudan qeyri-leqal istifadəçilərin sayını artıracaq. /

Google+ WhatsApp ok.ru