Bakının yağışı və ənənəvu tıxac

Bakıda dünən gecədən başlayan güclü yağış bu gün səhər saatlarında böyük tıxaca səbəb olub. Bakının mərkəzi küçə və prospektlərində dəhşətli tıxac yaranıb.
 
Maide.az-ım məlumatına görə, paytaxtın Neftçilər, Babək, Azadlıq və Heydər Əliyev prospektlərində səhər saatlarında böyük sıxlıq yaranıb.
 
Tıxaca səbəb havanın yağmurlu keçməsi olub. Sürücülərin avtomobili həddən ziyadə ehtiyatlı sürməsi yollarda hərəkəti dayandırıb.
 
Onu da əlavə edək ki, Bakı-Sumqayıt yolunda, Qurq qapısı və "Şamaxinka" adlandırılan ərazidə də böyük tıxac yaranıb.

Google+ WhatsApp ok.ru