Bakını tüstü bürüdü, səbəb...

Bakını tüstü bürüdü, səbəb...

«İyulun 24-də axşam saatlarında Bakı Neft Emalı zavodunda baş vermiş nasazlıqla bağlı monitorinqlər, hələlik, davam edir».
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildiriblər.
 
Nazirlikdən verilən məlumata görə, monitorinqin nəticələrinin iyulun 25-i axşama, ya da iyulun 26-da məlum olacağı gözlənir: «Yalnız bundan sonra qəzanın baş verməsi, həmin qəzaya əsas olan nasazlığın səbəbləri, ətraf mühitə vurulmuş ziyanın həcmi müəyyən ediləcək. Hələlik isə ETSN-in Milli Monitorinq Departamentinin monitorinqləri davam etməkdədir».
 
İyulun 24-ü axşam saatlarında Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub. ETSN Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqə başlayıb. İlkin araşdırmalara görə, tüstü axını zavoddakı istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində yaranıb.
 
Bakı Neft Emalı Zavodu (keçmiş Yeni Bakı Neftayırma Zavodu ) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılıb. Sonradan bir sıra müəssisələr bu zavoda birləşdirilib. Azərbaycan neftinin əksər çeşidləri bu müəssisədə hazırlanır. /azadliq.org /
 

 

Google+ WhatsApp ok.ru