Bakı Olimpiya stadionunun - YENİ GÖRÜNTÜLƏRİ

Stadionunun gələn ilin ilk rübündə təhvil verilməsi gözlənilir.

Bakıda metronun “Koroğlu”stansiyası yaxınlığında, Böyükşor gölünün Sabunçu rayonu istiqamətindəki sahilində tikilən olimpiya stadionunda işlər sürətlə davam etdirilir.

Hazırda stadionda bir neçə istiqamətdə fasiləsiz iş gedir, həmçinin oturacaqların quraşdırılmasına başlanılıb.

70 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb. Tikintini Türkiyənin "Tekfen" şirkəti həyata keçirir.

Olimpiya stadionunun gələn ilin ilk rübündə təhvil verilməsi gözlənilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının açılış və bağlanış mərasimlərinin burada keçirilməsi planlaşdırılır.

 

Google+ WhatsApp ok.ru