Bakı polisində daha bir qovulma – Yeni şöbə rəisi “vuruldu” 17 Dekabr 2014 02:00 Dünya Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunan Mirqafar Seyidovun təqdimatı ilə aparılan kadr islahatları, daha doğrusu, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi prosesi davam edir. Maide.az xəbər verir ki, bu gün Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Səid Seyidov tutduğu vəzifəyə yararsız hesab edilərək, işdən azad edilib. Maraqlıdır ki, S.Seyidov bu vəzifəyə cəmi bir ay əvvəl- Mirqafar Seyidov BŞBPİ-yə rəis gələndən sonra təyin edilib. Onun vəzifədən belə qəfil çıxarılmağı gözlənilməz olub. Qeyd edək ki, Seyidov Səid Adil oğlu əvvəllər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı baş idarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Xatırladaq ki, iki gün öncə BŞBPİ-nin 5-i rəis olmaqla 9 əməkdaşı işdən çıxarılıb. Onlara qarşı ağır ittihamlar irəli sürülüb. Teqlər : #Bakı polisində daha bir qovulma – Yeni şöbə rəisi vuruldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Fələstinə xəbərdarlıq edib “Sionist rejim qarşısında müsəlmanlar və məsihilərin vəhdəti zəruridir”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO