Bakı Roma Papasının səfərinə hazırlaşır

Bakı Roma Papasının səfərinə hazırlaşır

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edəcək. O, Bakıya Tbilisidən  gələcək. Tbilisidə sentyabrın 30-da olacaq. Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
 
Proqrama görə, oktyabrın 2-də Papa müqəddəs Məryəm kilsəsində  messa keçirəcək.
 
Sonra pontifik Azərbaycan prezidenti, müsəlman,  provaslav və yəhudi icmalarının liderləri ilə görüşəcək.
 
Bundan öncə Papa bildirib ki, bu torpaqlarda qədim xristian köklərinin mövcudluğu, eləcə də dünyada sülh axtarışının təşviqi məqsədilə həmin ölkələrə səfər dəvətini qəbul edib.
 
Qeyd edək ki, Papa Gürcüstanda iki sutkadan çox, Azərbaycanda isə bir sutkadan az qalacaq.
 
Roma Papası Fransisk erməni soyqırımını tanıyan ilk Papadır. Bu, Türkiyə və Azərbaycanın kəskin tənqidinə səbəb olub. (contact)

Google+ WhatsApp ok.ru