Bakı sakinindən Peyğəmbərin (s) mövludu ilə bağlı nümunəvi addım

Bakı sakinindən Peyğəmbərin (s) mövludu ilə bağlı nümunəvi addım

Dünən paytaxt Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarından birində şəhər sakinləri maraqlı mənzərənin şahidi olub.
 
37 nömrəli ictimai nəqliyyat vasitəsindən istifadə edən sərnişin gediş haqqını ödəmək istəyərkən sürücü onun pulunu götürməyib. Bu barədə paytaxt sakini Orxan Hüseynov məlumat verib. Avtobusu idarə edən şəxs bildirib ki, dünən heç kimdən gediş haqqı almayıb.
 
Buna səbəb naməlum Bakı sakini tərəfindən əvvəlcədən hamının əvəzinə ödənişin edilməsi olub. Sözügedən şəxs bu addımı İslam peyğəmbəri Hz. Muhəmmədin (s) mövlud günü ilə əlaqədar atıb. (İslamazeri.az )
 

 

Google+ WhatsApp ok.ru