Bakı sakinləri: `Öləndən sonra pensiya vermək istəyirlər?`

Bakı sakinləri: `Öləndən sonra pensiya vermək istəyirlər?`

Martın 7-də təqaüd yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək.
 
Hökumətin 1 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycan üzrə əmək pensiyaçılarının sayı 15 281 nəfər və ya 1,2% artaraq 1 315 227 nəfər təşkil edir.
Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə nisbətən pensiyanın həcmi 8,2% artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb.
Hazırda təqaüd yaşı kişilər üçün 63, qadınlar üçün isə 60-dır. Yeni qanunla bu yaş həddinin həm kişilər, həm də qadınlar üçün 65-ə çatdırılması nəzərdə tutulur.
BBC Azərbaycanca pensiya yaşının artırılması barədə xəbərin Bakı sakinləri arasında necə qarşılanması ilə maraqlanıb.(bbc)
 

Google+ WhatsApp ok.ru