Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq

21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək

“Birinci klastr üzrə ciddi karantin rejimi tətbiq oluncaq”.

 
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
 
L. Abdullayeva deyib ki, 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək ciddi karartin rejimi tətbiq olunacaq: “Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq”.
 
SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq”.
 
L. Abdullayeva deyib ki, muzey və sərgilərin fəaliyyəti və açıq havada idman oyunları dayandırılacaq.
 
O nəzərə çatdırıb ki, 65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır: “Ancaq bu insanlar mümkün qədər evlərində təcrid vəziyyətində qalsınlar, bunu tövsiyə edirik. “Bakı Metropoliteni”nin fəaliyyəti, bulvar, park və istirahət məkanlarına giriş də məhdudlaşdırılmır”.
 
Məhdudiyyətlər aşağıdakılardır:
 
SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmanın tətbiq ediləcək,
 
dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),
 
ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,
 
ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,
 
bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,
 
muzey və sərgi zallarınnın fəaliyyəti dayandırlacaq,
 
malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə almaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.
 
Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
 
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Google+ WhatsApp ok.ru